Azərbaycanın şəhid olan əsgəri dəfn edilib

Azərbaycanın şəhid olan əsgəri dəfn edilib
14:22 23 Fevral 2017
250 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir. 23 fevral. REPORT.AZ/ Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997- ci il təvəllüdlü, əsgər Xəlilov Xanoğlan İntizam oğlu Şəmkir rayonun Şeidlər kənd qəbiristanlığında dəfn edilib. 
Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Şəmkir Rayon İcra Hakimiyyətinin başçı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. 
Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid X.Xəlilovun məzarı üstünə əklil və qərənfillər qoyulub.
Qeyd edək ki, ailənin kiçik övladı olan X.Xəlilov 2016-ci ilin yanvar ayından Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurmasına isə 5 ayı qalımışdı. 
Allah rəhmət etsin!.





Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycanin-sehid-olan-esgeri-defn-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR