İraq hərbçiləri Mosulun əsas aeroportuna hücum ediblər

İraq hərbçiləri Mosulun əsas aeroportuna hücum ediblər
14:47 23 Fevral 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın təhlükəsizlik qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə İŞİD terror təşkilatının nəzarət etdiyi ərazidə yerləşən Mosulun əsas aeroportuna hücuma keçiblər. 

Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir. 

"Çevik reaksiya qüvvələri, federal polis və terror əleyhinə mübarizə bölükləri Mosul aeroportuna və Əl-Qalyani hərbi düşərgəsinə hücum ediblər", - agentlik dövlət televiziyasının məlumatından sitat gətirib.

Fevralın 19-da İraqın baş naziri Heydar əl-Abadi İŞİD-in nəzarət etdiyi Mosulun qərb hissəsinin azad edilməsi üzrə əməliyyatın başlanmasını elan edib. Onun sözlərinə görə, ilkin məsələ terrorçuların əlindən dinc əhalini xilas etməkdir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR