BQXK əməkdaşları Lapşinlə görüşüblər

BQXK əməkdaşları Lapşinlə görüşüblər
14:52 23 Fevral 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Bakıda bloger Aleksandr Lapşinə baş çəkiblər.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə blogerin həyat yoldaşı Yekaterina bildirib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova sözügedən sayta bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda olan bütün saxlanma yerlərinə baş çəkə bilir.

"Biz baş çəkib, gördüşüyümüz şəxslər barədə açıqlama vermirik", - deyə İ.Hüseynova qeyd edib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/520480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR