Azərbaycan Prezidenti ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

Azərbaycan Prezidenti ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub
15:05 23 Fevral 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 23-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Milli.Az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Gürcüstanın Baş naziri xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ilə bağlı təbriklərini çatdırıb və əminliyini ifadə edib ki, bu təyinat Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi işinə öz müsbət təsirini göstərəcək.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir Giorgi Kvirikaşvili siyasi, iqtisadi, energetika və digər sahələrdə əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı uğurla keçirilib və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğuna görə Giorgi Kvirikaşviliyə minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev və Baş nazir Giorgi Kvirikaşvili gələcək təmaslar və səfərlər barədə də danışıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR