Dəniz Yılmaz “Bursaspor”da qaldı

Dəniz Yılmaz “Bursaspor”da qaldı
15:19 23 Fevral 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

 

“Bursaspor” hücumçuları Dəniz Yılmaz və Sərcan Yıldırımla bağlı yekun qərarını açıqlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, baş məşqçi Mutlu Topçu ilə klub rəhbərliyi arasında bu gün görüş keçirilib.

 

Həmin görüşdə “Kayserispor”la ötən tur matçında qırmızı vərəqə alan Azərbaycan millisinin üzvü Dəniz Yılmaz və sabiq “Qalatasaray”lı Sərcan Yıldırımın məsələsi müzakirə olunub. Oyundan sonra komandadan uzaqlaşdırılan futbolçuların bağışlanılması qərara alınıb. Hər iki futbolçu səhər məşqində kollektivə qoşulub.

 

Qeyd edək ki, “Bursaspor” azarkeşləri “Kayserispor”la görüşdə rəqibə qarşı kobud oynayaraq 19-cu dəqiqədə meydandan qovulan və komandasının məğlubiyyətinə (0:2) səbəb olan Dəniz Yılmazın klubdan qovulmasını tələb etmişdilər


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR