Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib - SON DƏQİQƏ

Ermənistanda qeyr-adi hadisə baş verib. 

Metbuat.az erməni mediasına istinadən xəbər verir ki, sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının darvazasına çırpıb. Hadisə zamanı həyəcan keçirən təhlükəsizlik əməkdaşı avtomobilə doğru 8 dəfə atəş açıb. Lakin sürücü xəsarət almayıb. Polis tərəfindən nəzarətə götürülən Yepremyan adlı şəxsə qarşı əmlaka ziyanvurma və hərbi əraziyə qanunsuz soxulma maddələri üzrə cinayət işi açılıb.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR