Küveytin maliyyə xərclərini Azərbaycan ödəyəcək? - RƏSMİ AÇIQLAMA

Küveytin maliyyə xərclərini Azərbaycan ödəyəcək? - RƏSMİ AÇIQLAMA
15:32 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Gənclər və İdman Nazirliyi bəzi KİV-lərdə Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzərinə götürməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova deyib ki, bu, yalnış xəbərdir:  "Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz. Çünki Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, İdman qurumları idman tədbirlərini BOK-un tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/520521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR