Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb

Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb
15:47 23 Fevral 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) tərəfindən götürülmüş dopinq-testlərin göndəriləcəyi antidopinq laboratoriyasının adına hələ aydınlıq gəlməyib. 
"Report"un məlumatına görə, bu barədə AMADA-nın icraçı direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həm logistika, həm də maliyyə baxımından uyğun olan laboratoriya seçiləcək: "Hazırda Almaniyanın Köln şəhərindəki laboratoriya tələblərə cavab verir. Çox güman ki, dopinq-testləri Köln şəhərinə göndəriləcək. Bu, müasir laboratoriyadır. Bizə həm logistika, həm də maliyyə baxımından uyğun olanını axtarırıq. Laboratoriyanın dəqiq adını martda müəyyənləşdirəcəyik".
AMADA-nın icraçı direktoru deyib ki, dopinq riskli idman növləri daha çox diqqət mərkəzində olacaq: "Ağırlıqqaldırma, atletika, güləş və boks dopinqin riskli növlər siyahısındadır. Futbolda da dopinq-testlər götürmək niyyətindəyik".
O, AMADA nəzdində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsinin yaradıldığını, qurumun fəaliyyətinə isə 5 nəfərdən ibarət Müşahidə Şurasının nəzarət edəcəyini vurğulayıb.
Ş.Hüseynli Azərbaycanın Ümumdünya Antidopinq Agentliyi tərəfindən müvafiq tələblərə cavab verməyən ölkələr siyahısına Rusiyaya görə salınma ehtimallarını təkzib edib: "Mən burada siyasi problem görmürəm. Yaşadığımız problemlərin Rusiya ilə bağlı olduğunu düşünmürəm. Biz WADA ilə çox sıx münasibətdəyik. Onlar AMADA yeni yaradılanda bizə çox böyük dəstək veriblər".  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanda-dopinq-riskli-idman-novlerinin-siyahisi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR