"Niyə alınmadı, özüm də bilmirəm"

"Niyə alınmadı, özüm də bilmirəm"
16:17 23 Fevral 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Sloveniyanın "Domjale" klubundan ayrılaraq AZAL komandasına transfer olunan Samir Məsimov report-a müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- AZAL-a keçidiniz necə alındı? Təklif klubdan gəldi, yoxsa özünüz müraciət etdiniz?

- AZAL-ın baş məşqçisi Tərlan Əhmədova minnətdaram, məni komandasız qoymadı. Azərbaycanda onun kimi vətənpərvər məşqçinin olması ilə qürur duyuram.

- "Domjale"dən ayrılmağınızın səbəbi nədir?

- Orada oyun praktikam çox az idi, nadir hallarda meydana çıxırdım. Ona görə də ayrılmağa qərar verdim.

- Ehtiyatda qalmağınız nə ilə bağlıdır?

- Məni komandaya dəvət edən baş məşqçi Luka Elsner şans verirdi. Lakin onun gedişindən sonra yeni baş məşqçi Simon Rojman gəldi. O isə özümü göstərmək üçün imkan yaratmadı.

- Ancaq Luka Elsnerin zamanında da heyətdə möhkəmlənə bilmədiniz...

- Açığı, "Domjale"də niyə alınmadı, özüm də bilmirəm. Məşqçilər məndən razı idi.

- Bəlkə Simon Rojmanla probleminiz olub?

- Xeyr, "Domjale"də heç bir məşqçi ilə problemim olmayıb. Orada çox mehriban kollektiv vardı.

- Ötən ilin fevralında "Neftçi"dən "Domjale"yə keçdiyiniz üçün peşmansınız?

- "Neftçi"dən getdiyim üçün peşman deyiləm. Sloveniyaya inkişaf etmək, Avropada oynamaq üçün getmişdim.

- AZAL-dan başqa klubdan təklifiniz var idi?

- Bəli, bir neçə təklif almışdım. Moldovadan təklif göndərən bir komandaya keçidim baş tutmadı. Onların borcları ilə bağlı problemləri yarandı. Həmçinin Anatoli Ponomaryov zəng etmişdi, İsveçin I divizionuna çağırdı. Ancaq dil baryerinə görə "yox" deməli oldum. AZAL-da oynayacağam. Bu, mənim üçün yeni bir mərhələ, çağırışdır. Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR