Konqo silahlıları Gürcüstan vətəndaşını əsir götürüb

Konqo silahlıları Gürcüstan vətəndaşını əsir götürüb
16:19 23 Fevral 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Konqo silahlıları Gürcüstan vətəndaşını girov götürüb.

 

APA-nın “newsgeorgia.ge”-ə istinadən verdiyi məlumata görə, qiyamçılar hökumət qüvvələrinə məxsus iki helikopteri vurub. Həmin helikopterlərdən birini gürcüstanlı pilot, polkovnik Soso Osurauli idarə edib. Nəticədə helikopterdə olan başqa bir Gürcüstan vətəndaşı, istefada olan polkovnik David Makişvili yaralanıb, pilot isə əsir götürülüb.

 

Silahlılar Soso Osuraulinin azad olunması müqabilində bir milyon dollar pul tələb edirlər.

 

Girov götürülən pilotun ailəsi Osuraulinin iki il əvvəl Gürcüstanı tərk etdiyini və vaxtaşırı onlarla əlaqə saxladığını deyib.

 

Gürcüstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Nazirlikdən bildirilib ki, sabiq hərbçilərin Konqoya hansı səbəbdən getməsi məlum deyil.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR