26 yaşlı Sümeyra dostlarının gözü qarşısında can verdi

26 yaşlı Sümeyra dostlarının gözü qarşısında can verdi
16:37 23 Fevral 2017
160 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 26 yaşlı Sümeyra Korkmazı maşın vurub.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, dünən saat 16:30-da Karapınar-Konya yolunun 8-ci kilometrliyində baş verən qəzada 26 yaşlı Sümeyra həyatını itirib. O, avtobusdan düşüb qarşı tərəfə keçmək istəyərkən maşının altında qalıb.

Tibb fakultəsində oxuyan Sümeyraya ilk yardımı onun dostları ediblər. Yolun əks tərəfindəki təcili tibbi yardım maşının içində gözləyən dostları qəzaya düşən Sümeyranı həmin ambulansla xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR