Əş-Şəbabın qanı töküldü: 25 ölü

Əş-Şəbabın qanı töküldü: 25 ölü
09:52 7 Yanvar 2015
170 Dünya
Ölkə mətbuatı
A- A+

Döyüşdə 5 əsgər, 25 nəfər qruplaşma üzvü öldürülüb
Somalidə “Əş-şəbab” qruplaşması 25 nəfəri öldürüb.

Anspress-in məlumatına görə, Somalinin Celcela dağlıq bölgəsində “Əş-şəbab” qruplaşması ilə ordu qüvvələri arasında silahlı qarşıdurma olub.

Döyüşdə 5 əsgər, 25 nəfər qruplaşma üzvü öldürülüb. Dörd əsgər, 27 yaraqlı isə yaralanıb.

Puntlend əyaləti hökumət nümayəndəsi Abdulqədir Sumayis verdiyi açıqlamada ölən və yaralananlar barədə məlumatı təsdiqləyib.

Qeyd edək ki, "Əl Qaidə" beynəlxalq terror təşkilatı ilə sıx əlaqəsi olan "Əş-Şəbab" qruplaşması Somalidə hökumətə qarşı silahlı mübarizə aparmaqla məşğuldur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR