ABŞ-ın Respublika Partiyasının üzvü, senator Con Makkeyn
bu həftə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla
görüşməmişdən öncə Suriyaya gizli səfər edib.
Publika.az xəbər verir ki, Makkeyn Suriyanın şimalında
terror təşkilatı PKK-nın qolu olan PYD/YPG üzvlərinin təmsil
olunduğu Suriya Demokratik Güclərinə dəstək verən amerikalı
əsgərlərlə görüşüb.
Makkayenin səfəri ilə bağlı rəsmi açıqlamada məqsədin İŞİD-in
tamamilə məhv edilməsi olduğu deyilir.
Lakin “The Wall Street Jorunal” nəşri Makkeynin 2015-ci ildə
İŞİD-dən təmizlənən Kobaniyə getdiyini və orada YPG liderləri ilə
görüşdüyünü yazıb.
Qeyd edək ki, Makkeyn “müharibə partiyası” olaraq tanınan
respublikaçıların “ağır topu” hesab olunur.
Asif