Musiqili Teatr “Arşın mal alan” tamaşasını yenidən repertuarına daxil edib

Musiqili Teatr “Arşın mal alan” tamaşasını yenidən repertuarına daxil edib
16:57 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Musiqili Teatrı Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Arşın mal alan” tamaşasının yeni heyətlə nümayişi martın 10-u Milli Teatr Gününə planlaşdırılır.
Tamaşada əsas rolları Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə,  Səmədzadə Xasıyev, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Ələkbər Əliyev, Gültac Əlili, Elnarə Nağdəliyeva ifa edəcəklər.
Səhnə əsərində bu dəfə Aydan Həsənova, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Nicat Həbibov kimi gənc aktyorlara böyük etimad göstərilib.
Tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.  

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/musiqili-teatr-arsin-mal-alan-tamasasini-yeniden-repertuarina-daxil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR