Sol, yoxsa sağ tərəf... - Sağlamlıq üçün hansı xeyirlidir?

Yaxşı bir gecə yuxusu orqanların funksiyasını rahatca yerinə yetirməsinə, insanın ruh halına və sağlamlığına təsir edir. Bəziləri yuxuya dəyər verməsə də, ömürlərinin üçdə birini yuxuda keçirirlər. Hər kəsin yuxu şəkli fərqlidir.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bel üstə yatmaq, xoruldamaq problemi olmayanlar üçün sağlıqlı yuxu formasıdır. Mütəxəssislər qarın və sinə üstə yatmağın sağlamlıq baxımından düzgün olmadığını qeyd edirlər. Sağ tərəfdə yatmaq mədə yanması və həzm problemlərinə gətirib çıxarır. Sol tərəfiniz üzərinə yatmaq isə mütəxəssislər tərəfindən qəbul edilən ən sağlıqlı yuxu şəkli sayılır. Xüsusilə, hamilələrə məsləhət görülür.

Sol tərəfdə yatmağın faydaları bunlardır:

  • Həzmsizlik və mədə yanması kimi problemləri azaldır.
  • Ürək bədənə qanı daha yaxşı vurur.
  • Bədənin toksinlərdən təmizlənməsinə yardımçı olur.
  • Dalağın işini daha yaxşı yerinə yetirməsini təmin edir.
  • Sağlam həzm sistemini yaxşılaşdırır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR