"Fənərbaxça"dan Yılmaz Vural sürprizi

"Fənərbaxça"dan Yılmaz Vural sürprizi
17:27 23 Fevral 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Krasnodar"a iki oyunun nəticəsinə görə uduzaraq Avropa Liqasından kənarda qalan "Fənərbaxça"da baş məşqçi Dik Advokaatın qovulması gündəmə gəlib. Fanat.Az xəbər verir ki, ötən axşam baş tutan matçdan sonra təcili toplantı keçirən klub rəsmiləri prezident Aziz Yıldırıma holland mütəxəssisi qovmağı məsləhət görüblər.

İddiaya görə, "Fənərbaxça" rəsmilərindən biri komandanı mövsümün sonunadək Yılmaz Vurala tapşırmağı təklif edib. Onun bu təklifi həmkarları tərəfindən də dəstəklənib. Lakin Aziz Yıldırım qərar verməyə tələsmir. Prezident bildirib ki, Dik Advokaatla görüşdükdən sonra qərarını verəcək. 

Qeyd edək ki, indiyədək 27 müxtəlif kluba başçılıq edən Yılmaz Vural İstanbul böyüklərindən heç birini çalışdırmayıb.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfnrbaxcaquotdan-ylmaz-vural-surprizi-t56481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR