""Cənub Qaz Dəhlizi" hamı üçün faydalı olacaq"

""Cənub Qaz Dəhlizi" hamı üçün faydalı olacaq"
17:37 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Cənub Qaz Dəhlizi"nin keçdiyi bütün ölkələr bu layihədən yalnız fayda görəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi zamanı istənilən yubanmadan qaçmaq, eləcə də onun qrafikə uyğun icrasını təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib.

Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri M.Şevçoviç iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/520600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR