Öhdəliyini yerinə yetirə bilməyən Cənub Qaz Dəhlizi ölkələri cərimələnəcək

Öhdəliyini yerinə yetirə bilməyən Cənub Qaz Dəhlizi ölkələri cərimələnəcək
17:42 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "Əgər Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində hansısa tərəf öz öhdəliyini yerinə yetirə bilməsə, cərimə ediləcək". "Report" xəbər verir ki, bunu bu gün Bakıda "Cənub Qaz Dəhlizi” (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçovic isə qeyd edib ki, SGC əvvəldən Aİ üçün xüsusi əhəmiyyətli layihələr siyahısına daxil edilib: "Əgər ölkələr istəmirsə hansısa yubanma olsun, o zaman onlar müvafiq işləri görməlidir. Bura həm də icazələrin verilməsi daxildir. Bu baxımdan, bu gün əsas müzakirə apardığımız şəxs İtaliya rəsmisi Karlo Kalenda olub. TAP-la bağlı yaranan problemə görə, İtaliyanın Apuliya əyalətinin rəhbərliyi ilə görüşüb müzakirələr aparacağıq. Həmin bölgəyə səfər edəcəm və yubanmaların aradan qaldırılması üçün danışıqlar aparacam".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ohdeliyini-yerine-yetire-bilmeyen-cenub-qaz-dehlizi-olkeleri-cerimelenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR