"Sənin ananın adı İlhamə yox, Lalədir" - İlhamə Quliyevanın bacısından Orxana

"Sənin ananın adı İlhamə yox, Lalədir" - İlhamə Quliyevanın bacısından Orxana
17:42 23 Fevral 2017
412 Şou
Ölkə mətbuatı
A- A+

Mərhum xalq artistiİlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva Orxan Nadirovun ittihamlarına cavab verib. 

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən G.Quliyeva bildirib ki, bacısının yas mərasiminin xərcini Orxan yox, dövlət ödəyib:

"Orxanın danışdıqları yalandır. İnsanlara bu sözləri keçmir, keçməyəcək də. Onun bu günə kimi verdiyi müsahibələrin hamısı şər üzərində qurulub. Onun yalanları ayaq tutsa da, yerimədi, axıra kimi də belə gedəcək.
 
"Anam onu dedi, nənəm belə etdi" sözlərini deməsin... Sənin ananın adı İlhamə yox, Lalədir. Onun hərəkəti sui-istifadədir. 

Deyir 40 gün yas verdim. İlhamə xanımın ölümü ilə bağlı bütün xərcləri Orxan Nadirov yox, dövlətimiz ödəyib. Deyir, guya heç kim bundan başqa yas saxlamayıb. İlk İlhaməni sevənlər yas saxladılar. Bir ildir onun bacıları, qohumları yas saxlayır, heç bir toya getmir. Özü də hamımız yasda da iştirak etmişik. Bacılar qara bayram keçirib, onun ruhuna "Quran" oxutdurublar. 

Bizim ailə bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Şoudan, qalmaqaldan uzaq olmuşuq. Deyir miras davası etmirəm, niyə yalan danışır? Heç kim öz xoşu ilə varis olmur. Varisi qanun tətbiq edir. Onun iddiaları qanunsuz olduğu üçün heç yerdə də keçmir".

Qeyd edək ki, O.Nadirov açıqlamasında İ.Quliyevanın bacılarının tək məqsədinin mərhumun mirasına sahib olmaq olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/520601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR