Uçqun altında qalan körpə necə xilas olub? - Baş həkim danışır

Uçqun altında qalan körpə necə xilas olub? - Baş həkim danışır
17:47 23 Fevral 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ağır xəsarət alan 1 yaşlı oğlan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılır.

Milli.Az xəbər verir ki, Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev lent.az-a bildirib ki, artıq körpə kənddən götürülüb: "Hazırda rayon mərkəzinə qayıdırıq. İlkin vizual müayinə edərkən həyati təhlükəsinin olmadığını müəyyənləşdirdik. Bununla belə, dərin müayinələr aparılmalıdır. Uşaq bir neçə gün xəstəxanada qalmalıdır".

Bələdiyyə sədrinin atası evini qar uçurdu - 4 ÖLÜ - YENİLƏNİB - VİDEO - FOTO

Baş həkim bildirib ki, hadisə vaxtı ailənin 4 üzvü ölsə də, 1 yaşlı Elcan beşikdə olduğundan və qalın bələndiyindən sağ qalıb.
 
Kəndə gedən yolun bəzi hissələrində qarın qalınlığının 2 metrə çatdığını deyən baş həkim hadisə vaxtı ev sahibinin və oğlunun tövlədə heyvanlara baxdığını və bu səbəbdən sağ qala bildiklərini əlavə edib: "Evin arxa hissəsi dağa söykənmiş vəziyyətdədir. Buradakı qalın qar kütləsi ağırlığını evin üzərinə salıb və uçqun baş verib".
 
Baş həkim bildirib ki, vəfat edən şəxslər bu gün dəfn ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR