""Cənub Qaz Dəhlizi" ABŞ üçün prioritetdir"

""Cənub Qaz Dəhlizi" ABŞ üçün prioritetdir"
17:52 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Cənub Qaz Dəhlizi" ABŞ üçün strateji prioritet olaraq qalır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda mətbuat konfransında deyib.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri M.Şevçoviç iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/520604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR