Ermənistan hökumətindən Rusiya vətəndaşları ilə bağlı QƏRİBƏ QƏRAR

Ermənistan hökumətindən Rusiya vətəndaşları ilə bağlı QƏRİBƏ QƏRAR
18:05 23 Fevral 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, Rusiya vətəndaşları artıq ölkədaxili pasportları ilə də Ermənistana səfər edə bilərlər. Yəni bunun üçün xarici pasportun olması vacib deyil.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, T.Balayan xüsusilə vurğulayıb ki, hökumətin qərarına əsasən, rusiyalılar Ermənistana daxili pasportlarla yalnız təyyarə ilə gəlmək hüququna malikdirlər. Quru yolu ilə bunun edilməsinə icazə verilməyəcək.

Qəribə isə odur ki, Ermənistanla Rusiyanın ümumi sərhədi yoxdur və rusiyalılar quru yolu ilə yalnız üçüncü ölkələr vasitəsilə Ermənistan sərhədini keçə bilərlər ki, həmin ölkələrə Rusiya vətəndaşları daxili pasportları ilə buraxılmırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR