"Qu gölü" baletinin tamaşası 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunacaq

"Qu gölü" baletinin tamaşası 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunacaq
18:17 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək.

Opera və Balet Teatrının daimi tamaşaçıları artıq bilirlər ki, hər il 8 Mart ərəfəsində teatr rəhbərliyi kişilərə zərif cinsin nümayəndələri olan sevimli xanımlarına hədiyyə olaraq teatr biletləri təqdim etmək imkanı verir. Opera və Balet Teatrının Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu il də teatr öz xeyirxah ənənəsinə sadiq qalmış və "Qu gölü" tamaşasının qadınların səbirsizliklə gözlədikləri gözəl bayrama həsr edib.

Həm də balet həvəskarları tamaşada əsas rollarda Belarus Respublikasının məşhur balet ulduzlarını - Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Yana Ştangeyi (Odetta-Odilliya) və Belarusun xalq artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı İqor Artamonovu (Şahzadə Ziqfrid) görə biləcəklər. Hər iki sənətçi dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtalitya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir və s. ölkələrdə uğurlu qastrol səfərlərində olublar.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/520559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR