Azərbaycan və Polşa xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan və Polşa xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib
18:17 23 Fevral 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
"Report"a XİN-dən verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşalı həmkarına ünvanlandığı məktubda iki ölkə arasında bugünkü münasibətlərin kökü orta əsrlərə aid olan və 1918-20-ci illərdə yaradılmış diplomatik əlaqələr üzərində qurulduğunu qeyd edib. Azərbaycan və Polşa arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığına zəmin yaratdığını bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Polşa arasında ikitərəfli siyasi münasibətlərin uğurla inkişaf etdiyini söyləyərək, Varşavada NATO sammiti çərçivəsində prezidentlər səviyyəsində keçirilmiş ikitərəfli görüşdə iki ölkə arasında siyasi dialoqun, iqtisadi və humanitar əlaqələrin daha da gücləndirilməsi üzrə razılıq əldə olunduğunu vurğulayıb.
Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Elmar Məmmədyarova göndərdiyi məktubda Avropanın təhlükəsizliyi üçün Cənubi Qafqaz regionunda xüsusi rol oynayan ölkə kimi Azərbaycan və Polşa arasında müxtəlif sahələrdə dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. O, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə aparılan danışıqların Azərbaycan və Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcəyinə ümidvar olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-polsa-xarici-isler-nazirleri-arasinda-tebrik-mektubu-mubadilesi-heyata-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR