Azərbaycan milli komandasının futbolçusu 2 oyunluq cəzalanıb

Azərbaycan milli komandasının futbolçusu 2 oyunluq cəzalanıb
18:22 23 Fevral 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz 2 oyunluq cəzalanıb. "Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb.
Səbəb kimi təcrübəli hücumçunun Super Liqanın XXI tur matçında "Kayserispor"un futbolçusuna qarşı ciddi kobudluğu göstərilib.
Qeyd edək ki, "Bursaspor" növbəti 2 turda "Kasımpaşa" ilə fevralın 24-də səfərdə, "Qaziantepspor"la isə martın 4-də evdə üz-üzə gələcək.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-milli-komandasinin-futbolcusu-2-oyunluq-cezalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR