TFF Dəniz Yılmazın cəzasını açıqladı

TFF Dəniz Yılmazın cəzasını açıqladı
18:37 23 Fevral 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz 2 oyunluq cəzalanıb. 


Bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb.

Səbəb kimi təcrübəli hücumçunun Super Liqanın XXI tur matçında "Kayserispor"un futbolçusuna qarşı ciddi kobudluğu göstərilib.


Qeyd edək ki, "Bursaspor" növbəti 2 turda "Kasımpaşa" ilə fevralın 24-də səfərdə, "Qaziantepspor"la isə martın 4-də evdə üz-üzə gələcək.  

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tff-dniz-ylmazn-czasn-acqlad-t56483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR