"Qəbələ"nin futbolçusu Türkiyədə əməliyyat olundu

"Qəbələ"nin futbolçusu Türkiyədə əməliyyat olundu
18:47 23 Fevral 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin futblçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub. 


Fanat.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbulda, "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub. Klubdan verilə məlumata görə ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir. 


Qeyd edək ki, Elvin premyer-liqanın 18-ci turunda turu çərçivəsində "Zirə” ilə keçirilən səfər oyununda (2:2) zədələnmişdi. Doktor Barış Kocaoğlu tərəfindən baş tutan müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanmış və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxmışdı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-futbolcusu-turkiyd-mliyyat-olundu-t56484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR