Azərbaycanda elektron ticarət dövriyyəsi 2,4 dəfə artıb

Azərbaycanda elektron ticarət dövriyyəsi 2,4 dəfə artıb
18:47 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,1 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,4 dəfə çox istehlak məhsulları satılıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 1,3% artaraq 2,6 mlrd. manat olub. Hesabat ayında pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla 265,7 manatlıq və ya 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 31,8 manat çox əmtəə alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-elektron-ticaret-dovriyyesi-2-4-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR