Belarusa məxsus təyyarə yandı

Belarusa məxsus təyyarə yandı
19:05 23 Fevral 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Belarusun Bobruyski aerodromunda Hərbi-Hava Qüvvələrinə məxsus "MiQ-29" tipli təyyarə havaya qalxmağa hazırlaşarkən onun mühərrikində yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, insident təyyarə təlim uçuşu həyata keçirərkən baş verib.

Məlumatda qeyd olunur ki, pilot və uçuş rəhbərinin səriştəsi nəticəsində yanğın daha ağır nəticəylə yekunlaşmayıb: "Heç kim xəsarət almayıb. Təyyarə aerodromun ərazisini tərk etməyib".

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR