"O hayat benim"də gözlənilməz ayrılıq - FOTO

"O hayat benim"də gözlənilməz ayrılıq - FOTO
19:05 23 Fevral 2017
555 Şou
Ölkə mətbuatı
A- A+

Fox TV-də yayımlanan "O hayat benim" serialından daha bir aktrisa ayrılır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, serialda "Müge" obrazını canlandıran aktrisa Bahar Şahinin serialdan ayrılacağı bildirilir.

4 mövsümdür yayımlanan serialda iştirak edən Bahar psixoloji vəziyyətləri, xüsusilə son seriyalarda əsəb xəstəliyi keçirmə səhnələri ilə böyük izləyici kütləsi toplayıb.

Aktrisa "O hayat benim"dən ayrılma xəbərlərindən dərhal sonra prodüserlərin hədəfi olub. Belə ki, o, "TRT1"də yayımlanacaq "Lise Devriyesi" serialında Ozan Dolunay və İsmail Ege ilə birgə baş rolu ifa edəcək.

Qeyd edək ki, bir müddət öncə serialda "Ateş" obrazını canlandıran müğənni Keremcem "O hayat benim"in bu mövsüm final edəcəyi ilə bağlı açıqlama vermişdi.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/520537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR