Rusiya prezidenti: “Suriyada 4 minə yaxın rusiyalı döyüşür”

Rusiya prezidenti: “Suriyada 4 minə yaxın rusiyalı döyüşür”
19:17 23 Fevral 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ “Suriyada qanunsuz silahlı qruplaşmalar tərəfdə Rusiyadan olan 4 minə yaxın insan döyüşür”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısında deyib.
Onun sözlərinə görə, keçmiş SSRİ-dən isə Suriyada qanunsuz silahlılar tərəfdə 5 minə yaxın insan döyüşür. 
Qeyd edək ki, fevralın 23-də Rusiya Təhlükəsizlik Şurasının toplantısında beynəlxalq vəziyyət, ölkədaxili məsələlər müzakirə olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-prezidenti-suriyada-4-mine-yaxin-rusiyali-doyusur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR