Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyi gücləndiriləcək və xarici ticarət əməliyyatları genişləndiriləcək

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyi gücləndiriləcək və xarici ticarət əməliyyatları genişləndiriləcək
19:27 23 Fevral 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 
"Report"un məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Son illərdə qlobal iqtisadi çağırışlara uyğun olaraq bu istiqamətdə aparılan, konkret hədəflərə yönəlmiş genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanin-reqemsal-ticaret-qovsagi-kimi-movqeyi-guclendirilecek-ve-xarici-ticaret-emeliyyatlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR