İki günlük musiqi forumu - Selector PRO Bakıda keçirilir - FOTO

İki günlük musiqi forumu - Selector PRO Bakıda keçirilir - FOTO
19:32 23 Fevral 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

British Council ASAN radio və YARAT Müasir İncəsənət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Selector PRO" adlı iki günlük musiqi forumuna start verilib, bununla da, Birləşmiş Krallığın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçilərini və mütəxəssislərini bir araya toplayıb. 

Forum 2017-ci ilin 23 və 24 fevral tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində nəzərdə tutulub. Proqrama radio verilişlərinin hazırlanma prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə, Azərbaycanın və Birləşmiş Krallığın musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxildir.

British Council tərəfindən hazırlanan "Selector" radio-şousu hər həftə Londondan yayımlanır və 40-dan çox ölkədə 3 milyondan çox radio dinləyicisini əhatə edir.  Radio-şounun hər bir buraxılışında London şəhərində müğənnilərdən alınmış müsahibələrə, onların rəylərinə, canlı ifalara və studiya yazılarına yer verilir və Azərbaycanda DJ Bazaur tərəfindən həftədə iki dəfə (şənbə günü saat 21:00-da və bazar günü saat 16:00) 100FM dalğasında və onlayn (asanradio.az) yayımlanır.

Selector PRO həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Tədbir British Councilın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir.

"Selector PRO" tədbirlərinin sırasına açıq konfrans, DJ tədbiri və Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar daxildir.  British Council Britaniya musiqi sənayesinin ən təcrübəli peşəkarlarını dəvət etmişdir:  Ebbi Makkarti və Sesil Kommunal. British Council Azərbaycan ofisinin direktoru xanım Elizabet Vayt bildirib: "Bildiyimiz kimi, musiqi universaldır. Həm Azərbaycanda həm də Birləşmiş Krallıqda gənc musiqiçilərin və istehsalçıların böyük istedadı və əhatə dairəsi var. Musiqi həmçinin kreativ iqtisadiyyatın əhəmiyyətli tərkib hissəsidir. Bu seminarlarda bugünkü musiqi sənayesi haqqında məlumatlanacağıq. Görüşlərə qatılın və cümə günü əyləncə gecəsini qaçırmayın".

Seminarlar və açıq müzakirələr fevralın 23 və 24-ü keçirilir. Canlı DJ performansı ilə müşayiət olunan "Selector Live" əyləncə gecəsi daxil olmaqla, bütün tədbirlərdə iştirak tamamilə ödənişsizdir."Selector Live" əyləncə gecəsi "Selector PRO"-nun sonuncu tədbiri olaraq saat 22:00 "Eleven" klubunda baş tutacaq.









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR