"Barselona" öz yetirməsinə elçi düşüb

"Barselona" öz yetirməsinə elçi düşüb
19:37 23 Fevral 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" öz yetirməsinə elçi düşüb. Fanat.Az xəbər verir ki, Kataloniya klubu Hektor Bellerini heyətinə qatmaq istəyir.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Məlumatda bildirilir ki, "Barselona" 21 yaşlı futbolçunun transferi üçün "Arsenal"la danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Hektor Bellerin 2003-2011-ci illərdə "Barselona"nın aşağı yaş qruplarında çıxış edib. O, 2013-cü ildə "Arsenal"a transfer olunub. 21 yaşlı futbolçu cari mövsümdə 25 rəsmi oyuna çıxıb. "Transfermarkt" ona 25 milyon avro qiymət qoyub.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquot-oz-yetirmsin-elci-duub-t56487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR