Azərbaycanda investisiya qiymətli kağızlarının buraxılması qaydası dəyişib

Azərbaycanda investisiya qiymətli kağızlarının buraxılması qaydası dəyişib
20:02 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 1 fevral 2017-ci il tarixli qanununun tətbiqi haqqında barədə sərəncam imzalayıb.
“Report”un məlumatına görə, sərəncamla Nazirlər Kabinetinə ölkə qanunlarının və prezident aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək, Azərbaycan hökumətinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib ölkə prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların yeni qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişikliklər investisiya qiymətli kağızlarının təkcə sənədsiz deyil, həm də sənədli olmaqla adi formada buraxılmasını, bu zaman dövlət qeydiyyatına alınmasını və emisiya prospektinin təsdiq edilməsi üçün sertfikatın nümunəsinin tələb olunmasını nəzərdə tutur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-investisiya-qiymetli-kagizlarinin-buraxilmasi-qaydasi-deyisib-111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR