Böyük Britaniyada miqrasiya 6 dəfəyədək azalıb

Böyük Britaniyada miqrasiya 6 dəfəyədək azalıb
20:22 23 Fevral 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Böyük Britaniyada son iki ildə miqrasiya 6 dəfəyədək azalıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika Bürosunun 2015-ci ilinin sentyabrından 2016-cı ilin sentyabrınadək olan dövrə dair hesabatında bildirilib.
Hesabata əsasən, Böyük Britaniyada Avropa İttifaqından çıxmaqla bağlı referendum keçiriləndən sonra ölkədəki miqrasiya 273 min nəfərdən 49 min nəfərədək azalıb.
Ümumiyyətlə, ötən bir ərzində Böyük Britaniyanı Polşa və Avropanın başqa dövlətlərinin 12 min vətəndaşı tərk edib. Krallıqda oturum izni almaq istəyənlərin sayı isə iki dəfədən çox artıb. 2015-ci ildə bu məqsədlə 92 min nəfər, 2016-cı ildə isə 201 min miqrant müraciət edib. Onların 140 min yaşamaq hüquq ilə təmin olunub.
Böyük Britaniyanın immiqrasiya üzrə naziri Robert Qudvill bildirib ki, ölkəyə gələnlərin sayını azaltmaq üçün tədbirlər görəcəklər. Onun sözlərinə görə, hökumət mühacirlərin sayını on minlərədək endirməyi qarşı məqsəd qoyub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boyuk-britaniyada-miqrasiya-6-defeyedek-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR