Dini məclislərdə siyasətdən danışır, hətta münəccimlik edirlər

Dini məclislərdə siyasətdən danışır, hətta münəccimlik edirlər
20:27 23 Fevral 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Molla - yas məclislərimizin idarəçiliyini həvalə etdiyimiz şəxs. O şəxs ki, həmişə məclisin başında oturur. Bu o deməkdir, sən böyüyümüz, savadlımızsan. Molla olmaq üçün dərin dini bilgilərə sahib olmalısan ki, söhbətlərinlə yas məclisinə gələnlərə bir faydan toxunsun. Yoxsa elə mollalar var ki, ara söhbətləri edir, siyasətdən danışır, hətta münəccimlik edənləri də olur. Heç bir dini savadı olmayan, özü-özünü molla elan edənlərə yas etibar etmək doğru deyil. Elə növbəti süjetimiz də bu barədədir...

Yas məclisinə getmisən, amma özünü hansısa iclasda və ya tədbirdə hiss edirsən. Vətəndaşlar deyirlər ki, yas məclisini idarə edən bəzi mollalar son vaxtlar özlərini din xadimindən daha çox siyasətçi kimi aparırlar. Az qala bütün dünyanın siyasi problemlərini müzakirəyə çıxarırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bəzi mollalar isə dini söhbətlərdənsə, ara söhbətlərinə üstünlük verirlər. Hətta münəccimlik edənləri də olur.

Din xadimləri bildirirlər ki, yas məclisini idarə etməli olan mollanın işi nə siyasət, nə münəccimlik, nə də ara söhbətləri olmalıdır. Məclis əhlinə dini bilgilər verilməli, yas sahibinə isə səbr aşılanmalıdır.

İmam Rza məscidinin axundu Mirhəmid Məmmədov deyir ki, adətən belə söhbət edən mollalar dərin dini savada malik olmadığından ara söhbətləri ilə məclisi əslində yola verirlər.

Din xadimi deyir ki, Qafqaz Müsəlmanları İdarəsi vaxtaşırı molla olmaq istəyənləri imtahandan keçirir. Belə mollalara daha çox üstünlük vermək lazımdır.

Bir sözlə, özü-özünü molla edənlərə məclis həvalə etmək olmaz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR