Lerikdə Xocalı faciəsinin 25 ildönümü ilə bağlı tədbir keçirilib

Lerikdə Xocalı faciəsinin 25 ildönümü ilə bağlı tədbir keçirilib
20:37 23 Fevral 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Lerik Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində Xocalı faciəsinin 25 ildönümü ilə bağlı tədbir keçirilib.
DQİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Rəhimov, Lerik rayon Təhsil şöbəsinin əməkdaşı Zaur Hüseynov, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva və müəllim, şagird heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Hacıyeva açıb.
A.Həsənov ermənilərin Xocalıda törətdiyi dəhşətli cinayətlər haqqında danışıb. O, Xocalıda yaşanmış soyqırımın təkcə Azərbaycan xalqına yox, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olmasını tədbir iştirakçılarının diqqətinə çatdıraraq deyib ki, bu acı günlərin bir daha yaşanmaması üçün birlik və həmrəyliyimizi daha da qüvvətləndirməliyik.
Lerik Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Rəhimov, “Xocalı həqiqətləri”, liseyin tarix müəllimi Nəriman Ağazadə ”Xocalı- əsrin soyqrımı” mövzuları üzrə ətraflı məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar. 
Tədbirin sonunda məktəblilərin hazırladığı “Xocalım” kompozisiyası nümayiş olunub.    


Xəbərin orijinal ünvanı: https://report.az/din/lerikde-xocali-faciesinin-25-ildonumu-ile-bagli-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR