9 yaşlı qızın ölümündən sonra “kütləvi it ovu” başladı

9 yaşlı qızın ölümündən sonra “kütləvi it ovu” başladı
21:27 23 Fevral 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Doqquz yaşlı qızın itlər tərəfindən parçalanaraq öldürülməsinə dair məlumatlardan sonra Mahaçqalada heyvanların nəzarətsiz güllələnməsinə başlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə cümə axşamı, fevralın 23-də, REN TV kanalı məlumat yayıb.

Sosial şəbəkələrdə itlərin öldürülməsinə çağırış edən qruplar yaradılıb.

Yerli heyvan müdafiəçiləri artıq baş verənlərlə bağlı öz etirazlarını bildiriblər. Onlar belə zorakılığın yolverilməz olduğunu və gələcəkdə şəhərin ekosisteminə ciddi təsir göstərə biləcəyini vurğulayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR