ŞOK QİYMƏTLƏR! Bayram gəlməmiş bahalaşma başladı (VİDEO)

Bayram süfrəsini çərəzlə bəzəmək istəyənlər indidən bazarlara üz tuturlar.

İnsanlar bayrama yaxın qiymətlərin artacağından narahat olduğundan, alış-verişə başlayıblar. Vitrinlər bir-birindən fərqli çərəzlərlə doludur, hərəsinin isə öz qiyməti var. Məsələn, Zaqatala, Xaçmaz və Qazaxdan gələn qabıqlı fındığın bir kiloqramının qiyməti 7-8 manat olduğu halda, ləpəsi 15-20 manata satılır. Qabıqlı qoz maksimum 13 manata satılırsa, ləpəsinin qiyməti 15-28 manat arasında var-gəl edir.

Xurmaların qiymətləri 5 manatla 30 manat arası dəyişir. Şabalıd almaq istəyənlər isə bir kiloqrama görə 20-35 manat arası pul xərcləməli olacaqlar.

Bayram yaxınlaşdıqca qiymətlərin daha da artacağı gözlənilir.

Xəzər tv-nin mövzu ilə bağlı hazırladığı video süjeti təqdim edirik:

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR