Palçıqdan çıxa bilmirlər: yıxılıb gəlirlər, xəstələnirlər - Şəkidə keçilməz küçə - VİDEO - FOTO

Palçıqdan çıxa bilmirlər: yıxılıb gəlirlər, xəstələnirlər - Şəkidə keçilməz küçə  - VİDEO - FOTO
21:42 23 Fevral 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkinin 95-ci kvartal, Hikmət Ziya küçəsindən gün çıxanda tozdan, yağış, qar yağanda da palçıq əlindən keçmək mümkün olmur. Hamıya rəhmət olan su, bu küçənin sakinlərinə əməlli-başlı zəhmət olub.

Milli.Az ARB Şəki-yə istinadən bildirir ki, söhbət Şəkinin Hikmət Ziya küçəsinin yolundan gedir.

Ərazidə 17 saylı məktəbin yerləşməsi səbəbindən yoldan istifadə edənlərin sayı da çoxdur. Hər gün bu yoldan ən az iki dəfə keçmək məcburiyyətində qalan azyaşlı uşaqlar problemi daha çox yaşayır. Hətta bəzi valideynlər uşaqları üçün məktəbə 2 ayaqqabı aparır.

Sakin: "Nəvələrimi məktəbə apara bilmirəm. Hər gün geyindirib aparırıq gələndə palçıqdan çıxa bilmirlər. Yıxılıb gəlirlər, hər gün xəstələnirlər".

Sakinlər dəfələrlə şəhər bələdiyyəsinə müraciət edərək problemin həll olunmasını istəyib. Ancaq problemin aradan qaldırılması istiqamətində iş aparılmayıb.

Məsələ ilə bağlı Şəki Bələdiyyəsindən isə bildirildi ki, həmin ərazidə bir neçə küçə daha var ki, bu vəziyyətdədir. İl ərzində şəhər ərazisindəki bəzi küçələrdə təmir işlərinın aparılması nəzərdə tutulur. Hikmət Ziya küçəsi də həmin siyahıdadır.

Qarşıdan yaz yağışları mövsümünün gəldiyini nəzərə alsaq sakinlər üçün bu yoldan istifadə daha da mümkünsüz olacaq. İndi sakinlərin ancaq ümidləri ona qalıb ki, növbəti yağıntılar dövrünəcən məsələnin öz həllini tapması üçün dua etsinlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR