Kişmişin inanılmaz faydaları

Kişmişin inanılmaz faydaları
21:42 23 Fevral 2017
338 Ölkə
Ölkə mətbuatı
A- A+

-Kişmiş anemiya xəstəliyinin meydana gəlməsinə maneə törədir:

Kişmiş ehtiva etdiyi dəmir mineralı ilə ölkəmizdə çox sıx müşahidə olunan anemiya müalicəsi üçün də önəmli bir qidadır. Enerji verməklə yanaşı ehtiva etdiyi 70% fruktoza şəkəri sayəsində, xüsusilə uşaqlıq və böyümə dövrlərində artan enerji ehtiyacını qarşılamaq üçün sağlam bir qida alternatividir.
-Kökəlməyə kömək edir:
Milli.Az deyerler.org-a istinadən bildirir ki, xəstəlik nəticəsində zəiflik və arıqlama olarsa, kişmiş kökəlməyə yardımçı olaraq istifadə edilən bir qidadır. Qəbizlik problemi yaşayanlar üçün əla vasitədir.
-Sümük sağlamlığı üçün də çox faydalıdır:
Göz, diş və sümük sağlamlığı üçün çox faydalı bir qida xüsusiyyəti daşıyır. Pektin, yəni lif komponentləri yüksəkdir. Ehtiva etdiyi pektin və lif sayəsində xolesterol və ürək-damar xəstəliklərinə qarşı faydalı təsirləri vardır. Xüsusilə kolon xərçəngində profilaktik təsirləri müşahidə olunub. Ehtiva etdiyi flavanollər sayəsində xərçəngin müalicəsində anti-iltihab təsirini göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR