Cenevrədə Suriya müxalifəti ilə hökumət üzvləri arasında birbaşa danışıqlar başlayıb

Cenevrədə Suriya müxalifəti ilə hökumət üzvləri arasında birbaşa danışıqlar başlayıb
22:37 23 Fevral 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə Suriya müxalifəti ilə hökumət üzvləri arasında birbaşa danışıqlar başlayıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
Qeyd edilir ki, Suriya hökumətinin üzvləri və müxalifət təmsilçiləri danışıqların açılış mərasimində bir masa ətrafına əyləşiblər.
Açılış mərasimlərinə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura çıxış edib. O, danışıqlarda, həmçinin Astana görüşündə irəliləyişə nail olunduğunu qeyd edib. Bununla belə, de Mistura vurğulayıb ki, Suriya münaqişəsinin sülh yolu ilə həlli üçün hələ çox iş görülməlidir.
BMT rəsmisi həmçinin tərəfləri birgə işləməyə çağırıb. 
Agentlik danışıqların tərəflər arasında son 3 ildə ilk yaxın təmas olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenevrede-suriya-muxalifeti-ile-hokumet-uzvleri-arasinda-birbasa-danisiqlar-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR