Məryəmin bu fotosuna görə 2 minlik cərimə

Məryəmin bu fotosuna görə 2 minlik cərimə
22:52 23 Fevral 2017
126 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktrisa Məryəm Üzərli qanun pozuntusu ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Məryam İstanbuldan Berlinə uçarkən təyyarədə pilotlarla şəkil çəkdirib. Fotonu sosial media hesabında yerləşdirdikdən sonra yol verilən qayda pozuntusu ortaya çıxıb.

Belə ki, Hava Qüvvələrinin qanunvericiliyinə görə, pilot kabininə ekipaj üzvlərindən başqa heç kim daxil ola bilməz. Odur ki, həmin pilotlar 2 min 500 türk lirəsi (təxminən 1500 AZN) miqdarında cərimə olunublar.

Xatırladaq ki, analoji hadisə 2015-ci ildə də olmuşdu. O zaman futbolçu Arda Turan pilotlarla şəkil çəkdirərək, onu İnstaqram səhifəsində paylaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR