İngiltərənin Kubokunun formatı dəyişdi

İngiltərənin Kubokunun formatı dəyişdi
23:17 23 Fevral 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə futbolunun final matçında kubok formatına dəyişikliklər edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, kubok uğrunda 1/4 final matçlarından başlayaraq ilk sınaq keçiriləcək. Belə ki, yarışmada iştirak edən klublara əlavə əvəzetməyə icazə veriləcək.
Bu, İngiltərə kuboku çərçivəsində 1/4 final matçlarından başlayaraq sınaq kimi tətbiq ediləcək. Belə ki, əgər matç əlavə vaxta qədər uzansa, klublara dördüncü əvəzetmə hüququ veriləcək.
Qeyd edək ki, İngiltərə kuboku 1871-ci ildən oynanılır. Bu müddət ərzində Futbol Assosiasiyası yarışın formatında yeniliklər və dəyişikliklər edilməsinə qətiyyən razılaşmırdı.
Ölkə kubokunun 1/4 final matçları martın 11-dən 13-dək keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR