Ronaldo üsyan etdi: "Mən qol vurmuşam, bəs sən nə etmisən?"

Ronaldo üsyan etdi: "Mən qol vurmuşam, bəs sən nə etmisən?"
23:42 23 Fevral 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın La Liqanın təxirə salınmış oyununda "Valensiya"ya məğlub olması komandadaxili ab-havaya da təsir edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, görüş başa çatdıqdan sonra oyunçular arasında mübahisələr baş verib.
 
Matçı canlı yayımlayan telekanallardan birinin kamerasına düşən görüntülərdə hakimin start fiti verilən kimi Ronaldonun kiməsə qışqırması əks olunub.
 
Onun kimə hirslənməsi məlum olmasa da, nə dediyi açıq eşidilib: "Mən qol vurmuşam, bəs sən nə etmisən?"
 
Qeyd edək ki, hazırda davam edən Primeroda Ronaldo "Real" forması ilə 18 oyunda meydana çıxıb. O, 15 dəfə rəqib qapıçıları məyus edib, 3 dəfə isə məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR