Gənc sərbəst güləşçilər arasında qaliblər bilindi

Gənc sərbəst güləşçilər arasında qaliblər bilindi
23:57 23 Fevral 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edirlər. İlk yarış günündə sərbəst güləş üzrə 205 pəhləvan mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən turnirdə Əli Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Xabib Karaçayev (60 kq), Hacımurad Hacıyev (66 kq), Rəşad Yusifli (74 kq), Hacımurad Maqomedsaidov (84 kq), Asxab Həmzətov (96 kq) və Umar İsrailov (120 kq) rəqiblərinə üstün gələrək qalib olublar.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb edilirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR