Amerika Baş Qərargahı Bakıda ruslarla danışıqların detallarını açıqladı

Amerika Baş Qərargahı Bakıda ruslarla danışıqların detallarını açıqladı
00:05 24 Fevral 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanda Rusiya Baş Qərargahının rəisi, ordu generalı Valeri Qerasimovla danışıqlarının bəzi detallarını açıqlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Qərb KİV-ləri məlumat yayıb.

Vaşinqtonda Brukinqsk institutunda çıxış edən Danford bildirib ki, Bakıdakı görüş Rusiya istiqamətində ABŞ-ın siyasətinin dəyişəcəyi demək deyil.

"Keçən həftə mənim Rusiyadan olan həmkarımla görüşüm siyasətdə hər hansı dəyişikliklər kontekstində keçməyib və onun ABŞ administrasiyasına heç bir aidiyyəti yox idi", - Danford bildirib.

Xatırladaq ki, daha əvvəl Pentaqon Danford və Qerasimovun 16 fevralda Bakıdakı görüşündə arzu edilməyən münaqişələrdən qaçılmasına yönəlik tədbirlərlə bağlı əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə edildiyini bildirmişdi.

Ondan daha əvvəl isə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan etmişdi ki, görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR