Rusiyada yol qəzası baş verib: ölən və yaralananlar var

Rusiyada yol qəzası baş verib: ölən və yaralananlar var
00:52 24 Fevral 2017
201 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Rusiyada bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyi Baş İdarəsinin Moskva vilayəti üzrə mətbuat xidmətinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Moskva ətrafında, Serpuxovsk-Protvino avtomobil yolunun 1 kilometrliyində qeydə alınıb. Belə ki, "Mercedes" və "Subaru" avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-yol-qezasi-bas-verib-olen-ve-yaralananlar-vargu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR