Nigeriyada terrorçuların hücumu zamanı 15 hərbçi həlak olub, 19 nəfər yaralanıb

Nigeriyada terrorçuların hücumu zamanı 15 hərbçi həlak olub, 19 nəfər yaralanıb
01:27 24 Fevral 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Nigeriyanın qərbində terrorçuların hücumu zamanı 15 hərbçi həlak olub, daha 19 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "France Presse" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə yerli vaxtla saat 15:00-da, Tilva şəhərinin şimalında qeydə alınıb. Ordu rəsmisi Seyid Abdulla Əziz hücum zamanı 15 hərbçinin öldürüldüyünü, 19 nəfərin yaralandığını təsdiqləyib.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Regionda "Boko Haram" qruplaşmasının fəaliyyət göstərdiyi bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nigeriyada-terrorcularin-hucumu-zamani-15-herbci-helak-olub-19-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR